Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

Yeni kitablar
RƏSUL RZA-SEÇİLMİŞ ƏSƏRLƏRİ (BEŞ CİLDDƏ II CİLD)
5 Aprel , 2016
Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Öndər nəşriyyat", 2005, 320 səh.

Bəşər dərdinə sirdaş olub dünyanı öz "mən"i üstündə kökləməyi bacaran Rəsul Rza sənətçi varlığının bütün mahiyyəti etibarilə XX yüzilin şairi kimi əsrin bütün təzadlarını, yüksəlişini və ümidlərini, dövrün dərdlərini, faciələrini yaşamış və lirik-fəlsəfi əsərlərində gah birbaşa açıq, gah da yasaqlar üzündən örtülü - Ezəp diliylə əks etdirmişdir.
Əsərlərinin beşcildliyinin II cildinə şairin müxtəlif illərdə yazdığı silsilə şeirlər daxil edilmişdir. Narahatlıq və qayğı dolu şair ömrünün uzun və şərəfli axtarışlarının məhsulu olan bu şeirlər silsiləsi özünün yüksək poetik humanizmi, dərin fəlsəfi tutumluluğu ilə nəzər-diqqəti cəlb edir.
Kitabda şairin, sözlərinə mahnı bəstələnmiş poetik parçaları ilə yanaşı satirikyumoristik ruhda yazdığı şeirlərinə də yer verilmişdir.
Faylı yuklə