Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

Yeni kitablar
Canni Rodari "Celsomino Yalançılar Ölkəsində"
11 Fevral , 2022
"Bizi Zəfərə Aparan Qəhrəman”

Xətai rayonu MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr edilmiş şəxsi kitab fondundan kitab.

Celsomino adlı balaca oğlanın (Celsomino-italyan dilində “yasəmən” deməkdir), anadangəlmə çox güclü səsi var, səsini bir azca qaldıran kimi şüşələr sınır, ağaclardakı meyvələr tökülür, ancaq bu səs onun başına olmazın işlər gətirir. Hər şeyə burnunu soxan qonşular onu sehrbaz hesab edir, Celsomino da başını götürüb qaçır... Gəlib Yalançılar Ölkəsinə çıxır. Ölkənin kralı, öz dəstəsi ilə hakimiyyəti ələ keçirmiş keçmiş quldur Cakomonun əmri ilə ölkədə hər kəs, hətta heyvanlar da hər zaman yalan damnışmalıdırlar. Pişiklər hürməli, itlər miyoldamalı, atlar mələməli, inəklər isə kişnəməlidirlər