Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

Yeni kitablar
S.S.Axundov Qorxulu Nağılar
9 Fevral , 2022
"Bizi Zəfərə Aparan Qəhrəman”

Xətai rayonu MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr edilmiş şəxsi kitab fondundan daxil olunmuş yeni kitab.

Görkəmli Azərbaycan yazıçısı S.S.Axundov 1875-1939-cu illərdə yaşamışdır. O, Tbilisidə Qori seminariyasında təhsil almışdır.
Axundovun bədii yaradıcılığında pyeslər mühüm yer tutur. Komediya janrında olan "Tamahkar" adlı əsərini o, 1989-cu ildə yazmışdır. Sonralar ədib "Dibdat bəy", "Türk birliyi", "Qaranlıqdan işığa" kimi məhşur pyeslər yazmışdır. Lakin Axundov bir çox maraqlı nəsr əsərləri ilə də tanınır. Onun "Ümid çırağı", "Qan bulağı", "Nanus" kimi müxtəlif mövzulara həsr olunmuş hekayələri var.
Uzun müddət müəllimlik etmiş, Qarabağ vilayəti maarif şöbəsinin müdiri işləmiş S.S.Axundov uşaqların həyatı, xarakteri və taleyi ilə həmişə yaxından maraqlanmışdır. İstedadlı ədib bir sıra əsərlərini uşaqlarahəsr etmişdir. Onların arasında "Qorxulu nağıllar" silsiləsindən olan hekayə və povestlər daha məhşurdur. Bu silsiləyə 5 əsər daxildir: "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız" və "Əşrəf". 1912-1914-cü illərdə yazılmış və ilk dəfə "Məktəb" jurnalında dərc olunmuş bu əsərləri azərbaycanlı uşaülar yüz ilə yaxındır ki, sevə-sevə oxuyurlar.