Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
24 İyun , 2021
24 iyun Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş "Zəfər tarixini yazanlar" mövzusunda online tədbir keçirilmişdir.
Tədbirin qonağı Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi qazisi Fəxri Əliyev olmuşdur.
İlk olaraq ölkəmizn ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan bütün Şəhidlərin xatirəsi anılmış, qazi Fəxri Əliyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altınıda məhz bu günü gözləyən Müzəffər Azərbaycan Ordusnun torpaqlarımızın azadlığı uğrunda necə böyük ruh yüksəkliyi ilə döyüşməsindən, düşmənin otuz il ərzində qurduğu dərin istehkamların yarılmasından, Füzulidən Şuşaya kimi keçdiyi çətin və şərəfli döyüş yolundan, Şuşa uğrunda gedən ağır döyüşlərdən söhbət açmışdır. Söhbət zamanı qazimiz onunla illərdir birlikdə xidmətdə olan və canını Vətənimizə qurban verən Şəhid silahdaşlarını da yad etmişdir.