Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Ümummilli lider
12 İyul , 2021
Elnur Allahverdiyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmiş, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.
Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elnur Allahverdiyev 11 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.