Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 Noyabr , 2021
Vətən müharibəsində qəhrəmanlıq göstərən, torpaqlarımızın azadlığı uğrunda canından keçən mərd oğullarımızdan biri də Cəfər Cəfərlidir.

Cəfər Babacəfər oğlu Cəfərli 1999-cu il, dekabrın 11-də Yardımlı rayonunun Avun kəndində anadan olub. 2018-ci ildə Azərbaycan Ordusu sıralarına yazılan Cəfər Cəfərli hərbi xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq qulluq etməyə qərar verib.

O, Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşüb. Qubadlı uğrunda gedən döyüşdə yaralansa da, sağalandan sonra yenidən cəbhəyə qayıdıb. Cəfər Cəfərli noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olub. Nəşi şəhadətindən 40 gün sonra tapılan şəhid 14 dekabr 2020-ci ildə doğulduğu Avun kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəfər Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.