Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 Noyabr , 2021
İntiqam Bəxtiyar oğlu Şirəliyev 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.