Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 Noyabr , 2021
Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub.

2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirib. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qalıb.

Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası “N” saylı hərbi hissəsinə göndərilib. 2016-cı il yanvarın 2-si hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönüb.

Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.