Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
27 Noyabr , 2021
Rizvan Muradov 27 noyabr 1997-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Sabirabad rayon şöbəsindən hərbi xidmətə çağırılmışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rizvan Muradov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Rizvan Muradov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Aprelin 4-ü isə Rizvan Muradov doğulduğu Sabirabad rayonunun Çiçəkli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Muradov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rizvan Muradov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.