Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Şəhid Məhəmmədəli İbrahimli adına kitab fondu
27 Noyabr , 2021
“Bizi Zəfərə Aparan Qəhrəman”
Xətai rayonu MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Məhəmmədəli İbraimlinin xatirəsinə həsr edilmiş şəxsi kitab fondundan kitab.
Varis - Metamorfoz. Bir gecənin əhvəlatı
Əvvəlki kitablardan fərqli olaraq , yazıçı bu dəfə oxucularına irihəcmli deyil, kiçikhəcmli roman ( köhnə təbircə desək , povest), habelə avtobioqrafiyasını təqdim edir.
"Metamorfoz . Bir gecənin əhvalatı " romanı bir-birini tanımayan müxtəlif taleli beş insanın təsadüfən rastlaşmasından və hər birinin tale hekayətindən bəhs edir. Beş dərdli insanı dərd bir yerə yığır ki, onları nisbətən yüngülləşdirsin.