14 Dekabr , 2021
Bu gün 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun doğum günüdür
Əlimərdan Hüseynov 1962-ci il yanvarın, 14-də Biləsuvar rayonunda anadan olub. 1983-cü ildən Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru işləyib. Əlimərdan Hüseynov yanvarın 19-dan 20-nə keçən gecə Salyan qazarmasının yanında olub. Qohum-qardaşının hadisə ilə bağlı geniş məlumatı yoxdur. Yanvarın 21-də morqdan tapılıb. Onu güllə ilə qolundan və sinəsindən vurublar. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Həkimin dediyinə görə o, güllə yarasından deyil, yaralı halda döyüldüyünə görə ölüb.
Əlimərdan Hüseynov Biləsuvar rayonundakı Fioletovka kənd qəbiristanlığında dəfn edilib.