Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
15 Dekabr , 2021
Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şerləri ilə çıxış edib.

"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışıb.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnib. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.

Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır