Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
15 Dekabr , 2021
Rövşən Misir oğlu Balakişiyev 1967-ci il dekabrın 15-də Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanıb. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilib.

1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurub. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edib. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib.

2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edib. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilib. Bundan sonra, döyüşçülər Nərgiztəpədə mövqe seçiblər. Onlar dəfələrlə işğal olunmuş kəndlərə hücum planları hazırlasalar da, təəssüf ki, döyüşlərin nəticəsi uğurlu olmayıb.

Rövşən Balakişiyev 30 dekabr 1992-ci ildə Daşlıtəpəadlanan yerdə içində olduğu "UAZ" markalı avtomaşının minaya düşməsi nəticəsində şəhid olub.

Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi, bir qız övladı yadigar qalıb.