Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
15 Dekabr , 2021
Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1950-ci il aprelin 27-də Şəki rayonunun Oxud kəndində, İkinci Dünya Müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulub. Orta təhsilini doğulduğu kənddə almağa başlayıb. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilib.

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunub. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedib. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edib. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alıb. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olub.

Ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Eıçibəyin 1992-ci il 06 iyun tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Şəki rayonunun Oxud kəndində dəfn edilib. Mikayılın adına Şəki şəhərində küçə var. Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.