Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
10 Aprel , 2015

10 aprel Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Bu günün inşaat sahəsində çalışanların peşə bayramı kimi qeyd edilməsi prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamında nəzərdə tutulub.

Bu gün ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.

Azərbaycanda inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də, regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.