Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
10 Aprel , 2015

Həyatı

S. Qədirzadə istər gənclərin, istərsə də yaşlı nəslin tez-tez müraciət etdiyi yazıçılardandır. Yazıçı Böyük Vətən müharibəsi cəbhələrində olmuş,müharibədən sonra ali təhsil almış və ədəbi yaradıclığa başlamışdır. "İlk hekayələr (1951),"Gənclik (1953), "Sarmaşıqlı aynəbənd (1955) adlı ilk kitablarında yazıçı gənc nəslin yaradıcılıq əzmini,sevgi və məhəbbət duyğularını, arzu və istəklərini.[1] qələmə almışdır.10 aprel 1923-cü ildə anadan olub. Azərbaycan Dövlət Universitetinun filologiya fakültəsinə daxil olub, üçüncü kursdan təhsilini Moskvada,M. Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

"Kirpi" jurnalının baş redaktoru olub. Yazdığı "Qış gecəsi", "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" roman, povest və hekayə kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir. S.Qədirzadənin Böyük Vətən müharibəsi cəbhələrində iştirakı sonralar "Burada insan yaşamışdır (1963) povestinin yaranmasına səbəb olmuşdur. Real və canlı müşahidələrdən doğan bu povest kövrəkliyi və səmimiyyəti ilə müharibə mövzusunda yazılmış əsərlər içərisində seçilir.[2]

Həmçinin satirik povest və hekayələrin, "Şirinbala bal yağır", "Hardasan ay subaylıq", "Həmişəxanım" kimi məşhur ,səhnədən düşməyən komediyaların müəllifidir. "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" kimi kitabları dövründə böyük tirajla çap edilib və bestsellerə çevrilib.

Salam Qədirzadə 15 noyabr 1987-ci ildə vəfat edib.

Filmoqrafiya

  1. Biri vardı, biri yoxdu... (film, 1967)
  2. Təşəkkür (film, 1978)