Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
5 May , 2022
Həyatı
Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.

Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir.

Yaradıcılığı
Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Səhnə rolları
Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:


Məkanın Melodiyası (2004).
Faciə və dram rolları
Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).

Komediya obrazları
Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul",Altay Məmmədov).

Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958
"Şərəf nişanı" ordeni — 9 iyun 1959
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24 dekabr 1981
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003
"Qızıl Dərviş" mükafatı — 2005
"Teatr Xadimi" qızıl medalı — 2005
Milli Kino Mükafatı — 2013
Filmoqrafiya
Bizi dağlarda axtarın (film, 1976)
Dəli Kür (film, 1969)
Dörd bazar günü (film, 1975)
Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)
Gəl qohum olaq (film, 2001)
Gözlə məni (film, 1980)
Xatirələr sahili (film, 1972)
İşarəni Dənizdən Gözləyin (1986)
Köhnə bərə (film, 1984)
Koroğlu (film, 1960)
Qatır Məmməd (film, 1974)
Qətl günü (film, 1990)
Qisas (film, 1991)
Qocalar, qocalar... (film, 1982)
Məkanın melodiyası (film, 2004)
Mən ki gözəl deyildim (film, 1968)
Nizami (film, 1982)
Od içində (film, 1978)
Özgə vaxt (film, 1996)
Özgə vaxtın doğma anları (film, 2002)
Papaq (film, 2007)
Səmt küləyi (film, 1973)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)