Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Vətən müharibəsi
5 May , 2022
Həyatı
Tağı Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub. 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Hərbi xidməti
Tağı Abdullazadə 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə noyabrın 2-də Hadrut döyüşləri zamanı şəhid olub. Sədərək şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri
AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
AZ For liberation medal ribbon.png (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Hərbi xidmətlərə görə medalı - lent (2013).png (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
AZ For liberation medal ribbon.png (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)