Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
11 May , 2022
Həyatı
Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.

Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964)[3], Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir.[4][5][6]

Azərbaycan Respublikasının Xalq Yazıçısı Rüstəm İbrahimbəyov'un qardaşıdır.
Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğludur. Həyat yoldaşı isə Anna İbrahimbəyova (d. 1947), oğlu Murad İbrahimbəyov (1965), kinorejissordur.
Yaradıcılığı
Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist[7] və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir.

Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976 ("Bayquş gəldi" və "Yaxşılığa yamanlıq" povеstləri üçün)[8]
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979[9]
"Qırmızı əmək bayrağı" ordeni — 1984
"Şöhrət" ordeni — 13 may 1995[10]
"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998[11]
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2 oktyabr 2002[12]
"İstiqlal" ordeni — 10 may 2005[13]
"Dostluq" ordeni (Rusiya) — 1 iyul 2005
Roma Papası ordeni
"Şöhrət və şərəf" ordeni (Rus Pravoslav Kilsəsi) — 2010
"Şərəf" ordeni — 7 may 2015[14]
Əsərləri
Катастрофа. Баку: Азернешр, 1963, 72 стр.
Фисташковое дерево. Баку: Азернешр, 1965, 114 стр.
Последняя ночь детства. М.: Детская литература, 1968, 112 стр.
Где та дорога. Баку: Гянджлик, 1969, 80 стр.
Немного весенного праздника. М.: Советский писатель, 1973, 208 стр.
Незнакомая песня. М.: Молодая гвардия, 1974, 271 стр.
Две повести. Баку: Гянджлик, 1975, 157 стр.
Мезозойская история. М.: Искусство, 1976, 68 стр.
За всё хорошее — смерть. Баку: Гянджлик, 1978, 158 стр.
В один прекрасный день. М.: Советский писатель, 1980, 526 стр.
Пусть он останется с нами. Новосибирск, Изд. Западный Сибирь, 1982, 192 стр.
История с благополучным концом. Баку: Язычы, 1983, 598 стр.
История с благополучным концом (второе издание). Баку: Язычы, 1984, 598 стр.
Böyük şəhərin nağılları. Bakı: Gənclik, 1985, 284 səh.
Bütün yaxşılıqlara ölüm. Bakı: Azərnəşr, 1993, 376 səh.
Filmoqrafiya
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Aslan və iki öküz (film, 1970)
Ayı və siçan (film, 1970)
Azadlıq adasında (film, 1967)
Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
Bakı qalası (film, 1973)
Bakı. Müharibə illəri (film, 1985)
Bayquş gələndə... (film, 1978)
Bir az da Bahar bayramı (film, 1979)
Bir nəfər hamıya görə (film, 1989)
Bizim Cəbiş müəllim (film, 1969)
Böyük ömrün anları (film, 2006)
De ki, məni sevirsən! (film, 1977)
Ən vacib müsahibə (film, 1971)
Gənc qadının kişisi (film, 1988)
Günlərin bir günü... (film, 1976)
Heyif siqnalından (film, 1978)
Məğlubedilməzlər (film, 1983)
Mezozoy əhvalatı (film, 1976)
Orijinal üsul (film, 1983)
Super ağcaqanad (film, 1981)
Sürücünün aqibəti (film, 1973)
Uşaqlığın son gecəsi (film, 1968)
Yarımçıq qalmış mahnı (film, 1979)
Yaxşı qurtardıq (film, 1985)
Yeddi gözəl (film, 1982)