Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Vətən müharibəsi
11 May , 2022
Həyatı
Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb.

Hərbi xidməti
Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Təltifləri
AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
AZ For liberation medal ribbon.png (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
AZ For liberation medal ribbon.png (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
Hərbi xidmətlərə görə medalı - lent (2013).png (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)