Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 Aprel , 2015

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. 

Bu layihə çərçivəsində Şəkiyə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də, saat 19.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrı reallaşacaqdır. 

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil olunacaqdır.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə çərçivəsində ilk tədbir Masallı incəsənət ustalarının konserti fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında həyata keçirilmişdir. 

Nəzərinizə çatdıraq ki, 2015-ci il ərzində Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaqdır. 

Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirlərdə iştirak etməyə, regionlarımızın zəngin mədəni irsi ilə daha yaxından tanış olmağa dəvət edirik.