Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 Aprel , 2015

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi YUNESKO-nun baş qərargahında ‘Kitabi-Dədə Qorqud’ eposunun dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forumda təmsil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprelin 15-də Fransanın paytaxtı Parisdə YUNESKO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə YUNESKO-nun Baş Qərargahında ‘Kitabi-Dədə Qorqud’ eposunun alman dilində ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək.

Forumda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və digər türkdili ölkələr təmsil olunacaq.

Qeyd edək ki, forumda Azərbaycan incəsənət xadimləri də iştirak edəcək.