Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Vətən müharibəsi
18 May , 2022
Həyatı
Bəxtiyar Bəkirov 1981-ci il mayın 18-də Yevlax rayonunun Xaldan kəndində anadan olub.

Hərbi xidməti
Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Bəkirov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Bəkirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri
AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
AZ For liberation medal ribbon.png (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)