Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
15 Aprel , 2015

Mayın 5-də, saat 19.00-da C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş "Dərs" bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək. 

Film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkilmişlər. 

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.