Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 İyun , 2022
Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Ömrümüzün sevinc payı” başlığı altında tədbir keçiriblər.

Tədbirdə Asudə Vaxt Mərkəzinin müəllim və şagird kollektivi, 257, 171, 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, kitabxananın əməkdaşları və oxucuları iştirak ediblər.

Tədbir zamanı viktorinalar, musiqilər, yarışlar, şeirlər və face art təşkil olunub.

Tədbiri giriş sözü ilə Kitabxananın Uşaq şöbəsinin müdiri Təranə Quliyeva açaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıb.

Kitabxananın direktoru Həmidə Məmmədova, Asudə Vaxt Mərkəzinin müdiri Rəşad İsmayılov, 257 nömrəli tam orta məktəbin sinif müəllimi Svetlana Məmmədova çıxışlarında qeyd ediblər ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayıb. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

Tədbir uşaqların çıxışı ilə, viktorinalarla, əyləncəli oyunlarla, rəqslərlə, yarışlarla davam edib.
Foto Qalereya