Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 İyun , 2022
Faiq Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub.

1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayıb.

XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib. 1977-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarliq fakultəsində təhsil alıb.

2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb - fəaliyyət göstərib.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996), “Vətən” balladası və s. vardır.

2006-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.