Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 İyun , 2022
Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər.

Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizm və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.

Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.