Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
21 İyun , 2022
Ümumdünya Musiqi Günü hər il 21 iyunda qeyd olunan və musiqi festivalı şəklində xatırlanan bir gündür. Əlamətdar tarixin keçirilməsi fransız musiqi və rəqs rejissoru Maurice Fleuret tərəfindən irəli sürülüb və hazırlanıb, 1981-ci ildə ildə isə mədəniyyət naziri Jack Lanqronun təklifi ilə Fransada açılıb. Daha sonralar isə genişlənərək Avstraliya, Belçika, İngiltərə, Lüksemburq, Almaniya, İsveçrə, Kosta-Rika, İsrail, Çin, Hindistan, Livan, Malayziya, Mərakeş, Pakistan, Filippin, Rumıniya, Kolumbiya və bir çox digər ölkələr tərəfindən də qeyd olunub.
Ümumdünya Musiqi Günü təşkili ilə iki mövzunu inkişaf etdirmək məqsədi hədəf götürülüb: Həvəskar və professional musiqiçilərin küçə yaradıcılıqlarını nizamlamaqla onları cəsarətləndirmək və pulsuz konsertlər təşkil etmək, hər kəs üçün, hər yerdə musiqi anlayışını inkişaf etdirmək. Türkiyədə də ilk dəfə 2005-ci ildə 21 İyun Dünya Musiqi Günü münasibəti ilə Qu-quşları Parkları kimi xalqa açıq yerlərdə, müxtəlif sənətçi və birliklər tərəfindən pulsuz konsertlər təşkil edilib. Günə xüsusi şüar "Musiqi dinlə!" və "Küçədəki nota qulaq verin" şəklində mənimsənmişdir.
Bu gün Azərbaycan musiqisi də, xüsusilə muğam və xalq mahnılarımız da dünya musiqisi xəzinəsinə dəyərli incilər bəxş etməkdədir. Ölkəmizdə musiqinin inkişafı üçün xüsusi diqqət və qayğı göstərilməkdədir. Çünki musiqi dünya dilidir, insanlar bu dillə rahatca anlaşa bilirlər.