Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
21 İyun , 2022
21 İyun Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-in Rus və Uşaq şöbələrinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Ultra Med kilinikasının həkimləri Baş həkim Dr.Nazim Nəzərov, Nevropatoloqlar Dr. Qoçubəy Balacayev, Dr. Ağayev Şahin, Qastroenteroloq-terapevt Dr. Məmmədov Gündüz, Ümumi terapevt Dr.Quliyev Arif, Kardioloqlar Dr. Mikayılov Ramiz, Dr.Bəkirova Nailə və kitabxanın əməkdaşları iştirak etmişdirlər.
Tədbiri Xətai rayon MKS-in Sistem inzibatçısı Sevinc Musayeva açaraq bildirdi ki, Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
Ultra Med Klinikasının həkimləri Narkomaniya haqqında geniş məlumat vermişdirlər. Həkimlər qeyd edirdilər ki, BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 2019-cu il hesabatına əsasən narkotikdən istifadənin məhz yeniyetməlik dövrünə təsadüf etdiyi, eləcə də dünyada 35 milyon insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi məlum olub. Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma zərərli vərdişləri olan yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir.
Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər.
İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.
Daha sonra Uşaq şöbəsinin müdiri Təranə Quliyeva çıxışında bildirdi ki, Uşaqları və yeniyetmələri narkotik vasitələrdən qorumaqda ən önəmli faktor ailədir. Təcrübədə göstərir ki, lazımi biliklərə sahib olan valideynlərin övladlarına qarşı erkən yaşlarından başladıqları düzgün yanaşmalar və məlumatlandırma işi uşaqlarını zərərli vərdişlərdən qoruyur.
Uşaqlar yaxşı və pis, doğru və səhv kimi anlayışları ilk olaraq ailə daxilində əldə edirlər. Valideynlərin əsas vəzifələrindən biri övladlarına məsuliyyət daşımaq hissini aşılamaq və özlərini zərərverici davranışlardan qorunmağı öyrətməkdir. Bu prinsipləri erkən yaşlarında qazanan uşaqlar yeniyetmə və gənclik dövrlərində özlərini hər hansı bir təhlükədən qorumaqda çətinlik çəkmirlər.
Valideyn nə qədər şüurlu yanaşarsa övladı da bir o qədər narkotik asılılıqdan uzaq olar.
Valideynlərin uşaqları ilə münasibətlərini sevgi və anlayış üzərindən qurması və fikirləri övladları tərəfindən nəzərə alınması böyük önəm daşıyır. Uşaqların düzgün dost seçiminə istiqamətləndirmə və bunu onlar hiss etmədən nəzarətdə saxlamaq onların zərərli vərdişlərin təsiri altına düşmə təhlükəsindən qoruyur.
Tədbirin sonunda kitabxananın direktoru Həmidə Məmmədova çıxış edərək Narkotiklərin əsl siması hər ötən gün özünü daha aydın və açıq şəkildə göstərir. Biz yaxınlarımızı bu təsirlərdən qorumaq üçün öz cevrəmizə qarşı daha diqqətli olmalı və bu istiqamətdə lazimi biliklərə sahiblənmək üçün özümüz maraqlı tərəf olaraq cəhdlər etməliyik.
Qeyd edək ki, hal-hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var.
Foto Qalereya