Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
22 İyun , 2022
22 İyun Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzi Kitabxanasında Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabinin 180 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, həmin universitetin jurnalistika fakültəsinin I kurs tələbəsi Əliyeva Lalə və kitabxananın əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açaraq Xətai rayon MKS-nin baş kitabxanaçısı Fəridə Cəfərova, böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat vermişdir.
Daha sonra BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu Həsəb bəy Zərdabi haqqında geniş şəkildə çıxış edərək qeyd etdi ki, Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimlərdən biri də Həsən bəy Zərdаbidir.
Sonda qonaqlar "Marifin yorulmaz çarçısı" başlığı altında sərgi ilə tanış olmuşdurlar.
Foto Qalereya