Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
22 Aprel , 2015

25-26 aprel tarixlərində "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında yarışacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilmişdir. 

Həmçinin, festivalın "Reklam filmləri" nominasiyasında "Rixos Quba" reklam çarxı nümayiş etdiriləcək. 

Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer almışdır.