24 Aprel , 2015
Aprelin 25-də, saat 12.00-da İ.Əbilov adına Mədəniyyət Mərkəzində S.S.Axundovun “Bir eşqin nəticəsi” adlı komediyanın premyerası keçiriləcək. Komediya Mərkəzin Ələsgər Ələkbərov adına xalq teatrının ifasında təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, rejissor assistenti Şahin Əhmədov, musiqi tərtibatçısı Sərxan Rəşidovdur.