Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Ümummilli lider
1 May , 2015

Həyatı

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayındaErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirənKonstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidentiseçilmişdir.

Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları, təltifləri və fəxri adları

SSRİ dövrü

  1. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı - 1945
  2. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı - 1945
  3. "Sovet Ordusunun və Donanmasının 30 illiyi" yubiley medalı - 1948
  4. "Əmək rəşadətinə görə" medalı - 1949
  5. "Döyüş xidmətlərinə görə" medalı - 1954
  6. "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı - 1957
  7. II dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1959
  8. "DTK-nın fəxri əməkdaşı" nişanı - 1960
  9. "Qırmızı Ulduz" ordeni - 1962
  10. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1964
  11. I dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1964
  12. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı - 1965
  13. "Sovet milisinin 50 illiyi" yubiley medalı - 1967
  14. "ÜFK-DTK-nın 50 illiyi" nişanı - 1967
  15. "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - 1967
  16. "SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı - 1968
  17. "V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı - 1970
  18. 5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)
  19. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı - 1975
  20. "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı - 1978
  21. Sosialist Əməyi Qəhrəmanı (1979, 1983)
  22. "Oktyabr İnqilabı" ordeni - 1982
  23. Sov.İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı - 1982
  24. "Kiyevin 1500 illik yubileyinin xatirə" medalı - 1982
  25. "Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı - 1982
  26. Georgi Dimitrov ordeni - 1983
  27. "Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı - 1984
  28. ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı - 1984
  29. "Qırğızıstan SSR- in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi" xatirə medalı - 1984
  30. "25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı - 1985
  31. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı - 1985
  32. I dərəcəli Vətən Müharibəsi Ordeni - 1985
  33. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı - 1988

Müstəqillik dövrü

  1. Tbilisi Dövlət Universitetinin fəxri doktoru - 1996
  2. Kiyev şəhərinin fəxri qonağı - 1997
  3. Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri - 1997
  4. Hyüston-Bakı Assosiasiyasının fəxri üzvü - 1997
  5. Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatı - 1997
  6. Milli Olimpiya Komitələri Assosiasiyasının "Ləyaqət" mükafatı - 1997
  7. "Ankara iş qadınları" cəmiyyətinin "1997-ci ilin görkəmli dövlət adamı" mükafatı - 1997
  8. "Ankara iş qadınları" cəmiyyətinin "1998-ci ilin dövlət adamı" mükafatı - 1998
  9. "Ankara iş qadınları" cəmiyyətinin "2001-ci ilin müdrik dövlət adamı" mükafatı - 2001
  10. "Ankara iş qadınları" cəmiyyətinin "2002-ci ilin dövlət adamı" mükafatı - 2002
  11. Kırkpınar yağlı güləş yarışlarının "Baş Ağası" - 1998
  12. Qars şəhər bələdiyyəsinin "1997-ci ilin insan haqları" mükafatı - 1998
  13. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1998
  14. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1999
  15. Türk Sənayeçiləri və İş adamları vəqfinin "Üstün xidmət və başarı mükafatı" - 2002
  16. Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri - 2002
  17. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin"Türk dünyasına xidmət" mükafatı - 1998
  18. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin "Türk dünyasının 2001-ci il xüsusi mükafatı" - 2002
  19. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü - 1998
  20. Rusiyanın Saratov vilayətindəki "Yurd" Cəmiyyətinin fəxri üzvü - 1998
  21. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı" - 1998
  22. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Türk dünyası qardaşlıq və dostluq mükafatı" - 2000
  23. Türkiyənin Bayburt diyarının "Dədə Qorqud" mükafatı - 1998
  24. Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin "İnsan haqları" beynəlxalq mükafatı - 1998
  25. Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı - 1998
  26. Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il "Böyük lider" mükafatı və vəqfin fəxri sədri - 1999
  27. Türkiyənin İpək Yolu Vaqfının " 1999-cu ilin dövlət adamı" mükafatı - 2000
  28. Türkiyənin İpək Yolu Vaqfının "2001-ci ilin dövlət adamı" mükafatı - 2001
  29. Türkiyənin İpək Yolu Vaqfının "2002-ci ilin siyasət adamı" mükafatı - 2003
  30. Türkiyənin "Siyasət" jurnalının "İlin şərəf mükafatı" - 1998
  31. Türkiyənin "Siyasət" jurnalının "İlin dövlət adamı mükafatı" - 2003
  32. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri - 1998
  33. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Günümüzün ən dözümlü adamı" mükafatı - 1999
  34. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin "Baş müəllim Atatürk" mükafatı - 2002
  35. Beynəlxalq Bioqrafiya Mərkəzinin (İngiltərəKembric) "Dünyanın XX əsrdə görkəmli xadimi" mükafatı - 1999
  36. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi - 1999
  37. İ.Y.Yakovlev adına Ümumçuvaşiya Milli Mükafatı - 2000
  38. Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının "Nika" mükafatı - 2000
  39. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı - 2001
  40. "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı - 2002
  41. "Rusiyanın Milli Şöhrəti Mərkəzi"nin "Sivilizasiyaların dialoqu" beynəlxalq Andrey Pervozvannı mükafatı - 2002
  42. Avrasiya teleforumunun mükafatı və diplomu - 2002
  43. Türkiyənin "Samanyolu" televiziya kanalının "Medianın dostu" mükafatı - 2002
  44. Məmməd Araz mükafatı - 2003
  45. Türkiyənin "Zaman" qəzetinin "Avrasiyada sülh və dialoq" beynəlxalq mükafatı - 2003
  46. Moskva Hüquq Akademiyasının fəxri doktoru - 1997
  47. İzmir şəhərindəki "Doqquz Eylül" Universitetinin fəxri doktoru - 1997
  48. İstanbul şəhərindəki "Fatih" Universitetinin fəxri doktoru - 1997
  49. Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru - 1997
  50. Daşkənd Dövlət Universitetinin fəxri doktoru - 1997
  51. Türkiyə Respublikasının ən yüksək mükafatı - "Dövlət nişanı" - 1997
  52. Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni - 1997
  53. İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru - 1998
  54. Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru - 1998
  55. İsgəndərin şəhərindəki Universitetin fəxri doktoru - 1999
  56. İsparta Universitetinin fəxri doktoru - 1999
  57. Beynəlxalq Kadr Akademiyasının "Elm və təhsilin inkişafına görə" beynəlxalq ordeni - 1998
  58. Türkiyənin ən nüfuzlu mükafatı "Atatürk Beynəlxalq Sülh Mükafatı" - 1999
  59. Osmanqazi Universitetinin fəxri doktoru - 2000
  60. Rusiya Rəssamlıq Akademiyasının "Ləyaqət" qızıl medalı - 2000
  61. Ankara Universitetinin fəxri doktoru - 2001
  62. Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalı" - 2001
  63. Ukraynanın "Qızıl tale" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin "Qloriya Populi" qızıl ulduzu - 2001
  64. Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni - 2001
  65. Gürcüstanın ali mükafatı - "Qızıl runo" ordeni - 2001
  66. Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru - 2002
  67. Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki - 2002
  68. Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru - 2002
  69. Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü - 2002
  70. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru - 2002
  71. Kırıkqala Universitetinin fəxri doktoru - 2003
  72. Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat - 2003
  73. ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru - 2003
  74. Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru - 2003
  75. Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı - 2002
  76. Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı - 2002
  77. Fransa Respublikasının "Fəxri Legion" ordeninin Böyük Xaçı - 2003
  78. Rusiyanın ən yüksək mükafatı - "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni - 2003
  79. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı - 2003
  80. Ukraynanın mədəniyyət ictimaiyyətinin "Şərəf"' ordeni - 2003
  81. Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru - 1994
  82. Bakı Dövlət Universitetinin fəxri doktoru - 2000
  83. Moskva Dövlət Universitetinin fəxri professoru - 2002
  84. Texas ştatının fəxri vətəndaşı - 1997
  85. Türkiyənin "Nərgiz TV" kanalının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatı - 1998
  86. Azərbaycanda ilin adamı mükafatı (2002, 2003)
  87. Şeyxülislam Ordeni - 2005 (vəfatından sonra)