Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
9 Mart , 2023
Martın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Qadın qəhrəmanlıq, gözəllik simvoludur” adlı tədbir təşkil olundu.
Tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Gülnar Məmmədova 8 Mart qadınlar bayramının yaranma tarixindən, qadınların cəmiyyətdə rolundan bəhs edən mövzuyla çıxış etdi.
Sonra Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova çıxış edərək hər kəsi salamladı və tədbirdə iştirak edən qadınların simasında bütün dünya qadınlarını təbrik etdi və ürək sözlərini dedi.
Daha sonra çıxış edən kitabxananın əməkdaşları, qadınlara ölkəmizdə verilən dəyərdən, onların cəmiyyətdə tutduqları mövqedən bəhs etdilər.
Foto Qalereya