Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
13 Mart , 2023
Martın 13-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında SSRİ və Rusiya şairi, dramaturq, publisist və ictimai xadimi, Sovet ədəbiyyatının klassiki Sergey Vladimiroviç Mixalkovun 105 illik yubileyi ilə əlaqədar "Сергей Михалков- друг детей" başlığı altında tədbir təşkil olundu.
Tədbirdə Hədəf kursun Rus bölməsinin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirin aparıcısı Uşaq şöbəsinin sistem inzibatçısı Musayeva Sevinc Sergey Vladimiroviç Mixalkovun həyatı və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verib, şairin şeirlərindən səsləndirdi.
Daha sonra uşaqlar "Дядя Стёпа милиционер" cizgi filiminə baxdılar.
Tədbirin irəliləyən dəqiqələri aparıcı və uşaqlar arasında maraqlı söhbətlərlə davam etdi.
Tədbirin sonunda uşaqlar "Сергей Михалков- друг детей" başlıqlı sərgi və kitabxanada açılan şəhid guşəsi ilə də tanış oldular.
Foto Qalereya