Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
16 May , 2015

Tarixi

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalıkəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasınaqatılır.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycanhökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşıSultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

 
Laçının SSRİ dövründəkigerbi

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalaşdırıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə GüləbirdCicimli,MalıbəyQarıqışlaqSadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

20 may 1992-ci ildə rayon ərazisində Laçın Kürd Respublikası təsis edilib. Lakin 2 gündən sonra, yəni 22 may 1992-ci ildə ərazinin ermənilər tərəfindən işğal olunması nəticəsində belə bir qurumun yaradılması prosesi alınmayıb.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulupalazkilimxalçazilixurcunfərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada"Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Ermənistan tərəfindən işğalının nəticələri

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Coğrafiyası

Təbiəti

 
Laçın rayonunun yaşayış məntəqələri

Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ0qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıdvələsfıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı,cüyürçöldonuzusincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda -10°C-dən 0°C-yədək, iyulda 10-22°C-dir. İllik yağıntı 600-900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

 

Əhalisi

İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 73.3 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

Görkəmli şəxsləri

  1. Aşıq Abbas — Aşıq, hikmətli söz ustası.
  2. Rövşən Cavadov - Azərbaycan Daxili İşlər nazirinin müavini,OMON-nun komandiri
  3. Bəylər Aslanov - Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru.
  4. Firudin Bəy Daryalı - Ordu generalı.
  5. Ələsgər Xanlar oğlu Novruzov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi iştirakçısı.
  6. Əvəz Həşim oğlu Verdiyev — Sovet İttifaqı Qəhrəmanıİkinci dünya müharibəsi iştirakçısı.
  7. Ələmdar Şahverdiyev - Tarix elmləri namizədi, müəllim.
  8. Fazil Umud oğlu Mehdiyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  9. Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim.
  10. İskəndər bəy Sultanov — daşnaksütyun və erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı.
  11. İsrafil Şahverdi oğlu Şahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  12. Kamil Baladə oğlu Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  13. Knyaz Şiraslan oğlu Məmmədov — Fizika-riyaziyyat elmlər doktoru, professor.
  14. Qara Murtuza bəy — XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi,Qarabağın Hacısamlı nahiyəsinin bəyi.
  15. Qorxmaz Abış oğlu Eyvazov — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  16. Malik Fərrux oğlu İbrahimov — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
  17. Məhəmməd Fərman oğlu Mehdiyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi.
  18. Malik Mirzəyev - Azərbaycan Müəllimlər İnstitutunda dosenti, coğrafiya elmləri namizədi.
  19. Maarif Cəfərov - fizika-riyaziyyat elmləri doktoru, professor.
  20. Muradxan Cabbarov - Laçın rayon İcra Hakimiyyətinin Başçısı (1994-2005).
  21. Mustafa Qarayev - fizika-riyaziyyat elmləri doktoru, professordur.
  22. Mir Həmzə Nigari - şair, təsəvvüf alimi.
  23. Muğan Quliyev - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.
  24. Mürsəl bəy Şahsuvarov - Cümhuriyyət tələbəsi, həkim, professor.
  25. Müseyib İlyasov - Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri.
  26. Məhəbbət Kazımov - Azərbaycan Respublikasının Əməkdar artisti.
  27. Mikayıl Zeynalov - Hüquq üzrə fəlsəfə doktoru.
  28. Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov — Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri.
  29. Oqtay Güləli oğlu Güləliyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  30. Paşa bəy Sultanov — müdrik kəlamlar ustadı, Hacısamlı nahiyəsinin bəyi.
  31. Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı.
  32. Sultan bəy Sultanov — xalq qəhrəmanı.
  33. Seyid Lazım Ağa - Azərbaycanın ən tanınmış seyidlərindən biri.
  34. Surxay bəy Şahsuvarov - Cümhuriyyət tələbəsi, Fraybеrq Dağ Mədən Akadеmiyasının tələbəsi, mühəndis.
  35. Solmaz Məhərrəmova - etnoqraf-alim, "əməkdar mədəniyyət işçisi".
  36. Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya və Minerologiya elmlər doktoru, professor.
  37. Ziyadxan İsrafil oğlu Nəbibəyli — professor, elmlər doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvi.
  38. Zöhrab Qarayev - Azərbaycan Dövlət Tibb Universitetinin professoru.
  39. Zəfər Cəfərov - texnika elmləri namizədi.
  40. Ağa Laçınlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  41. Nadir Əbdürrəhmanov - rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor.
  42. Qızbəs Əsədova, Azərbaycan Respublikasının əməkdar həkimi.
  43. Rəhman Səfərəliyev - tibb elmləri doktoru, professor.
  44. Şikar Qasımov - tarix elmləri doktoru, professor.
  45. Şirindil Alışanlı - filologiya elmlər doktoru, professor.
  46. Şərahil Laçın - Avrasya Yazarlar Birliyinin üzvü, şair.
  47. Şərqiyyə Vəliyeva - Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana.
  48. Şahbaz Muradov - Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi(2001), professor.
  49. İlham Qəhrəman - Tanınmış şair-publisist.
  50. İsmayıl Sadıqov - professor.
  51. Hüseyn Kürdoğlu - şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.
  52. Vəsilə Vahidqızı - Azərbaycan jurnalisti, teleaparıcı, İTV-nin "Ortaq məxrəc" proqramının aparıcısı.
  53. Vüqar Novruzov - hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri.
  54. Vüqar Qədirov - Qarabağ- Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbəri.
  55. Elmira Abbasova etnoqraf alim.
  56. Faiq İsmayılov Milli-mədəni dəyərlər üzrə tədqiqtçı ekspert.
  57. Ərşad Hüseynov Tədqiqatçı hüquqşünas
  58. Nazim Əhmədli - Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru, şair.
  59. İpək Abbasova - hüquq elmləri namizədi, dosentdir
  60. İlkin Nadirov - Jurnalist,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

Şəkillər