Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
5 İyun , 2015

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçiriləcək.

Fonddan verilən məlumata görə, İçərişəhərdə baş tutacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək. “Qız qalası” Beynəlxalq İncəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. 

Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək, fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu unikal işlər dünyanın fərqli şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.