Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
18 İyun , 2015

Sentyabrın 7-də tanınmış cazmen Emil Əfrasiyabın rəhbərlik etdiyi kvartet Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.

Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər üstünlük təşkil edir.