Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Bakı 2015 Avropa Oyunları
17 İyun , 2015

Birinci Avropa Oyunlarında bugün keçirilmiş kişilər arasında 68 kq çəki dərəcəsinə qədər taekvondo yarışlarında qızıl medalın sahibi Azərbaycanı təmsil edən Ayxan Tağızadə olub. O, polşalı rəqibi Karol Robakla medal uğrunda mübarizəni uğurla başa vurub. Nəticədə Polşanın şərəfini qoruyan Robak gümüş medala layiq görülüb.

Mübarizə meydanında bürünc medalları qazanan idmançılar isə ispaniyalı taekvondoçu Coel Qonzales Bonilla və rus idmançı Aleksey Denisenkodur. 

Bakı Kristal Zalda eyni gündə keçirilmiş qadınlar arasında 57 kq-dək taekvondo yarışlarında britaniyalı Jade Cons, Xorvatiyanı təmsil edən Ana Zanınoviçlə qarşılaşmasını qalibiyyət ilə yekunlaşdıraraq qızıl medala sahiblənib. Xorvatiyalı Zanınoviç isə gümüş medala layiq görülüb.

Bürünc medalların sahibləri isə isveçli Nikita Qlasnoviçlə, İspaniyanı təmsil edən Eva Kalvo Qomez olublar.