Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Bakı 2015 Avropa Oyunları
17 İyun , 2015
Bakı 2015 ilk Avropa Oyunlarında bugün baş tutmuş kişilər arasında sərbəst güləş yarışlarının axşam sessiyasında yerli favorit, Olimpiya Çempionu azərbaycanlı Toğrul Əsgərovla italyan Frank Çamizo Markuezin final görüşü baş tutub. 65 kq çəki dərəcəsində keçirilmiş görüş nəticəsində Azərbaycanı təmsil edən Əsgərov rəqibinə qarşı 5-0 hesabı ilə uğurlu qələbə qazanaraq qızıl medala sahib olub.

Azərbaycana digər qızıl medalı Xetaq Qazımov qazandırıb. O, 97 kq çəki dərəcəsi üzrə qarşılaşmada gürcüstanlı rəqibi Elizbar Odıkadzeni 3-1 hesabı ilə məğlubiyyətə uğradıb.

Heydər Əliyev adına İdman Arenasında sərbəst güləş yarışlarında gümüş medalın sahibi isə Türkiyəni təmsil edən Soner Demirtaş olub. Rusiyalı rəqibi Aniuar Qeduyevlə 74 kq çəki dərəcəsində mübarizə aparan Demirtaş, 4-0 xal hesabı ilə rus rəqibi üzərində qüsursuz qələbə əldə edib.

Bürünc medalın sahibi 57 kq çəkidə mübarizə aparmış Kirtoka Aleksandrudur. O, alban rəqibi İslomaj İslam üzərində 4-0 hesabı ilə qələbə qazanıb.