Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
18 İyun , 2015


İyulun 3-də Heydər Əliyev Sarayında xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın təntənəli yubiley gecəsi keçiriləcək.

Hazırda xalq artistinin 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunması istiqamətdə hazırlıq işləri gedir.

Qeyd edək ki, xalq artisti Azərbaycan kinosunda bir-birindən bənzərsiz onlarla obrazlar yaradıb. O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib.

Amaliya Pənahova 1992–ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və hazırda bu teatra rəhbərlik edir.