Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Nağıl dünyası
20 Oktyabr , 2015

Britaniyanın “Butlins” şirkətinin alimləri 2000 valideyn arasında sorğu əsasında maraqlı qənaətə gəliblər. Sorğuda iştirak edənlər bildirib ki, 54 faizi uşaqlarına nağıllar oxumağı sevir. Onların 27 faizi bunu hətta telefon vasitəsilə edir. 34 faizi isə körpəsinə yuxudan əvvəl nağıl danışa bilmədiyinə görə özünü qınayır. Sorğunun nəticələrinə görə, valideynlərin 51 faizi yatmazdan əvvəl uşaqlarına müxtəlif əhvalatlar danışır. Amma onların 8 faizi etiraf edib ki, bu işin öhdəsindən yetərincə yaxşı gələ bilmir.
Şirkətin əməkdaşları həmçinin 7 yaşa qədər 1000 uşaq arasında sorğu apararaq müəyyən ediblər ki, uşaqlardan 56 faizi nağılı müxtəlif səslərdə eşitməyi sevir, 25 faizi nağıla tamaşa etməyə üstünlük verir. 
Bundan əlavə, uşaqların çoxu əjdahalar, pərilər və sehrbazlar haqqında nağılları, o cümlədən 36 faizi hadisələri qəsrdə cərəyan edən, 18 faizi uydurma sehrli ölkə haqqında, 19 faizi meşə, 8 faizi kosmos ilə bağlı, 21 faizi atlı qəhrəmanlar, 14 faizi uçan avtomobillər, 9 faizi sehrli xalça haqqında nağılları sevir. Bəzən uşaqlar qeyri-adi mövzularda, məsələn, işıqsaçan qılınclar və “Doktor Kim” haqqında nağıllar dinləmək istəyirlər.