Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
28 Yanvar , 2015

Fevralın 21-də Bakıda növbəti 2-ci “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkada 25-dək turizm şirkətinin və mehmanxananın nümayəndələri öz məhsullarını təqdim edəcək. 

2-ci “Mövsüm Səyahət Yarmarkası” bu dəfə “28 Mall” ticarət mərkəzində keçiriləcək. Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi məqsədilə baş tutacaq növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir. 

Yarmarkada Azərbaycan daxilində reallaşdırılacaq Novruz turları, Bakıda və regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində təşkil ediləcək bayram proqramları və bu münasibətlə hazırlanmış turpaketlər barədə ölkə vətəndaşlarına məlumatlar veriləcək. 

Qeyd edək ki, tədbir saat 12.00-dan, axşam saat 20.00-dək davam edəcək.