Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Haqqımızda
30 Mart , 2016
Həmidə Sadıq qızı Məmmədova

Direktor

__________________________________


Venera Bəybala qızı Hüseynova
Direktor müavini
__________________________________

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbələri



Oxuculara xidmət şöbəsi (oxu zalı, Azərbaycan və rus abonementi)

Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında oxuculara xidmət işinin təşkilində oxu zalının xüsusi yeri vardır. Mərkəzi Kitabxananın oxu zalının özünün xüsusi fondu olur ki, bu fonda elm sahələri üzrə ayrı-ayrı ədəbiyyat daxil edilir. Oxu zalından kitabxanaya müraciət edən ayrı-ayrı yaş qrupuna daxil olan müxtəlif peşə sahibləri və mütəxəssisləri istifadə edə bilər. Oxu zalından məktəb şagirdləri , tələbələr, müəllim, həkim, mühəndis, təqaüdçü və digər oxucular istifadə edir. Ona görə də oxu zalında xidmət xüsusi təşkil olnur və mütəxxəsislər tərəfindən kitabxanaya bmüraciət edən hər bir oxucuya fərdi qayda da peşəkarcasına yanaşırlar ki, oxucunun tələbatı ödənilə bilsin.
Oxu zalının fondunun təşkilində hər bir oxucunun maraq dairəsi və mütailəsi nəzərə alınacaq , kitabxanaçılar tərəfindən xüsusi qeydlər və sorğular aparılır.
Aparılan qeydlər və sorğular fondun komplektləşməsində mühüm rol oynayır. Mütəxəssislər oxu zalındakı fonddan yararsız olan ədəbiyyatı çıxarır onu yenisilə əvəz edirlər. Oxu zalının fondu hər il latın qrafikası əsasında çap olunmuş ədəbiyyatla yeniləşir, yeni daxil olmuş ədəbiyyatın siyahısı asılır və yazarlar haqqında müraciət edən oxuculara məlumat verilir.
Hər bir kitabxananın və onun şöbələrinin əas vəzifəsini kitabxanaya oxucu cəlb edilməsi və xidmətin səviyyəsini yüksəltmək, ədəbiyyatın təbliğini genişləndirməkdir.
Bu sahədə MKS-in Mərkəzi Kitabxanasının oxu zalı xüsusi iş planı tərtib edir. Ərazidə yerləşən bütün təhsil müəssissələri , məktəbdən kənar təşkilatlar, tibb ocaqları və ictimai təşkilatlarla əlaqə yaradır.
Oxu zalının spestik xüsusiyyətlərindən biridə, oxu zalında sərgilərin tərtib olunması ayrı-ayrı yazarlarla görüşlərin təşkili və digər tədbirlərin təşkilidir.
Ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında stendlərin asılması oxucularda həmin şəxsiyyətlərə aid marağı daha da artırır və bu da kitabxanaya daha çox oxucu müraiət etməsinə səbəb olur. Xətai MKS-in oxu zalında xidmət işinin təşkilini daha da yaxşılaşdırmaq mütaliəyə maraq dairəsini artırmaq üçün kompüter qoyulmuşdur. Istənilən oxucu ehtiyac olduqda ona lazım olan ədəbiyyatı axtarıb tapa bilər.

Şöbənin müdiri: Türkan Nəriman qızı Cabbarova

Kitabişləmə və komplektləşdirmə şöbəsi

Kitabxananın inkişafında və formalaşmasında oxucu qruplarının təlabatının öyrənilməsində kitabxana fondunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Kitabxana fondunun öyrənilməsi və fondun komplektləşdirilməsi prosesi çox vacib və mürəkkəb prosesdir. Fond özü kitabxana fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir, fondun öyrənilməsi MKS-də mühüm əhəmiyyət kəsb edir.
Xətai MKS –nin fondu Bakı şəhərində fəaliyyət göstərən MKS-lər içərisində daha yüksək səviyyədə fonda malik olan MKS hesab olunur.
12 mart 1999 – cu ildə qəbul edilmiş “Kitabxana işi haqqında” Qanun kitabxanaların inkişafında mühüm rol oynadı.
Xətai rayon MKS –də fondun komplektləşməsi, elektron kataloqların yaradılması, kitabxanaya daxil olan bütün sənədlərin kompyuterdə yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
MKS-nin işinin günün tələbləri səviyyəsində qurulması və oxuculara daha yüksək kitabxana xidməti göstərmək üçün “kitabişləmə və komplektləşdirmə” şöbəsinin fəaliyyətinin də çox böyük rolu vardır.Daxil olan ədəbiyyat vaxtlı-vaxtında şöbədə elmi və texniki cəhətdən işlənərək, ümumi və fərdi uçotu aparılır və MKS-nin struktur bölmələrinə çatdırılaraq oxucuların istifadəsinə verilir.Eyni zamanda ədəbiyyatın kataloqlaşdırılması işi də həyata keçirilir. MK və filial-kitabxanalarda kataloq sistemində ədəbiyyat öz əksini tapmış kitab fondlarında düzgün yığılması işinə nəzarət olunur.
Ümumiyyətlə, kitabişləmə və komplektləşdirmə şöbəsi kitab sifarişində oxucu marağına uyğun sorğu aparatı vasitəsi ilə aşkar olunan kitabların alınmasını daim diqqət mərkəzində saxlayır.
Kitabişləmə və komplektləşdirmə şöbəsi kitab fondunun zənginləşdirilməsi üzrə mütəmadi olaraq iş aparır.
MKS-də elektron kataloqun işlənməsi ilə əlaqədar şöbənin üzərinə düşən işlər vaxtında yerinə yetirilir. Müntəzəm olaraq oxucu tələbatının ödənilməsi və kitab fondlarının zənginləşdirilməsi məqsədi ilə Yeni Nəşrlər kataloq- jurnalı əsasında lazımi ədəbiyyatın alınması işi aparılır.

Şöbənin müdiri: Rəmziyyə Fevral Əliyeva

Metodika və biblioqrafiya şöbəsi

Ölkəmizdə kitabxana sisteminin inkişafında metodik təminat sistemi mühüm rol oynayır .
Xətai rayon MKS-in metodik şöbəsi sistemin müasir tələblərə cavab verən proqram və iş planını hazırlayır, bütün işləri mərkəzin şöbələri və filiallarla sistematik şəkildə əlaqəli qurur.
Metodik şöbə müasir yeniliklər, kitabxana işi sahəsində ölkədə və xaricdə baş verən yeniliklər, kitabxana informasiya işinin nailiyyətləri haqqında məlumat verir, nəticələri kollektivlə birlikdə müzakirə edir, görüləcək işlərin metodik yollarını araşdırır .

Şöbənin müdiri: Fərəhnisə Rüstəm qızı Məmmədova



Kitabxana –biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli Qərarına əsasən yaradılan Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin vəzifələrinə daxildir:.

• ənənəvi kitabxana texnoloji proseslərin kompyuterləşdirilməsi;
• elektron kataloqun yaradılması;
• elektron sənəd xidmətinin təşkili;
• elektron kitabxananın yaradılması.

Şəbəkə öz işini bu vəzifələrin yerinə yetirlməsi istiqamətində qurmağa çalışır. Mərkəzi Kitabxana və filiallar kompyuterləşmə işində istifadə olunan skaner, printer, modem, fasiləsiz qidalandırma qurğuları (UPS) və s. avadanlıqlarla təmin olunub.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (ALİSA) yaradılmışdır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb. Bura kataloqlaşdırma, komplekləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları aid etmək olar. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. ALİSA-da istifadəçiyə proqramdan istifadə üçün məhdud, yaxud da tam hüquqlar vermək olar. Eyni zamanda elektron kataloqun yaradılmasına başlanıb. Sistem istifadəyə verildikdən sonra elektron kataloq vasitəsilə oxuculara uzaq məsafədən operativ informasiya xidməti, fondun idarə olunması həyata keçiriləcək. Bu istiqamətdə aparılan işlər ağır və yorucu kitabxana əməyini yüngülləşdirmək, əmək məhsuldarlığını və effektivliyini yüksəltmək, informasiya məhsullarını, xidmət növlərini keyfiyyət və kəmiyyət baxımından artırmaq, kitabxana fondunun etibarlı surətdə mühafizəsi və bu fonddan oxucu kontingentinin səmərəli istifadəsini təmin edəcək.

Şöbənin müdiri: Səadət Eynulla qızı Mürşüdova

İnformasiya-resurs şöbəsi

İnkişaf etməkdə olan digər ölkələrdə olduğu kimi Azərbaycanda da dünyəvi elmi-texniki tərəqqinin nailiyyətləridən geniş şəkildə istifadə olunur. Ölkələr inkişaf etdikcə informsiya mübadiləsi güclənir. Kitabxanalar mövcud informsiyanın çevik alınması və oxucuya ötürmək üçün elektron kitabxanaların yaradılması günün tələbidir.Elektron kitabxanaların fəaliyyətində informasiya – resurs şöbələrinin əhəmiyyəti böyükdür.
Xətai rayon MKS-nin informasiya resurs şöbəsi əsasən ənənəvi informasiya elektron resurslarının yaradılması və istifadəsi ,eyni zamanda MKS-in veb-saytının idarə olunmasını, buraya yeni məlumatların operativ olaraq daxil edilməsini, əlavə və dəyişikliklərin aparılmasını həyata keçirir.
O cümlədən, informasiya - resurs şöbəsində elektron fond yeni disklər və elektron materiallarla daha da, zənginləşdirilmişdir. İformasiya – resurs şöbəsi lazımı avadablıqlarla (kompüyter,skayner,printer,faks aparatı vəs.) təmin olunmuş və aidəti üzrə il boyu istifadə olunmuşdur.
Xətai rayon MKS-nin saytında əlamətdar tarixi və mədəni hadisələr, anım günləri, kitab təqdimatları və s. işıqlandırılır. Əhalinin bütün yaş qruplarını nəzərə alaraq, veb-saytda müxtəlif məlumatlar öz əksini tapır. Saytımızda yeni kitablar, dövrü mətbuat, tədbirlər, istifadə qaydaları, kitabxanaya yazılma, filiallar, kitabxana haqqında məlumatlar daxil edilmişdir. Eyni zamanda saytda Mərkəzi Kitabxanada və filiallarda keçirilən tədbirləri, nazirlik və idarə tərəfindən həyata keçirilən mədəni hadisələri daim işıqlandırılır.

Şöbənin müdiri: Leylaxanım Nəzər qızı Əliyeva

Uşaq şöbəsi

Ölkəmizin kitabxana şəbəkəsinə daxil olan Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında fəaliyyət göstərən şöbələrdən biri uşaq şöbəsidir. MKS-in Mərkəzi Kitabxanasında digər şöbələrlə yanaşı bu şöbənin inkişafına xüsusi qayğı göstərilir. Bu şöbə də işləyən mütəxəssislər uşaqların mütaliəsinə qayğı göstərir. Onların öz yaşlarına uyğun ədəbiyyatın seçilməsində yaxından köməklik göstərir. Uşaqlar üçün ədəbiyyatın düzgün seçilməsi , mütalənin düzgün təşkil edilməsi, onların maraq dairəsinə uyğun olduqda kitaba və kitabxanaya olan inamı artırır və gələcəkdə düzgün tərbiyə olunmasında mühüm rol oynayır.

Şöbənin müdiri:Təranə Qurban qızı Quliyeva