Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
19 Aprel , 2016
Həyatı

Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Hərbi хidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırdılar. Müharibədən sonra хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçdilər. 1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Həmin il ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz хidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli "Müqəddəs Stanislav" (müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna", 1893-cü il iyunun 15-də ikinci dərəcəli "Müqəddəs Stanislav", 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli "Knyaz Vladimir", 1902-ci il avqustun 1-də ikinci dərəcəli "Müqəddəs Anna", 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli "Knyaz Vladimir" ordenləri ilə təltif olunmuşdur.1919-cu ilin yazında istefada olan general Firiddun bəy Vəzirov Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi tərəfindən Azərbaycan ordusunda hərbi xidmətə dəvət olunmuş, milli ordu quruculuğunda fəal iştirak etmişdir. O, hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 7 avqust tarixli əmri ilə həmin ayın 1-dən etibarən Bakı şəhərinin komendantı vəzifəsinə təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən,Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirmişdir. O, 1921-ci il iyulun 2-də "İslam" partiyasının agenti adı ilə həbs olunmuş, bir müddətdən sonra Azərbaycan XKS-nin sədri Nəriman Nərimanovun göstərişi ilə azad olunmuşdur. Lakin 1925-ci ildə yenidən həbs olunaraq güllələnmişdir. General-mayor Firidun bəy Vəzirova məхsus sənədlər arasında birisi diqqətimizi хüsusilə çəkdi. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları". Məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnıla-rını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdəolmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.