Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
27 Aprel , 2016
Ermənilərin ilk dəfə Cənubi Qafqazda peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.

Ruslar əsrlər öncə bölgədə erməni dövlətinin qurulmasını planlamışdı.19 may 1783-də Knyaz G. A. Potyomkin II. Katerina'ya yazdığı məktubda:

"Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə vermək və beləcə Asiyada bir Xristian dövləti qurmaqdan" bəhs etmişdi.

XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza – Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi.Bu antlaşma ilə 84.000 erməni qarabağ və ətraf rayonlara köçürülmüşdür. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825-1826 tarixləri arasında 18.000,1828-dən sonra 50.000, Osmanlı imperiyasından isə 84 min erməni köçürüldü.Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.Bu köçlər nəticəsində Çar I Nikolay İrəvan və Naxçıvan xanlığı torpaqlarında bir erməni bölgəsi qurdu.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov yazırdı (1911): "Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir". Bunlara baxmayaraq 1832-ci ildə Qarabağın %64,4-ü Azərbaycan türkü,%34,8-i erməni idi.. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Aparılan siyasət nəticəsindədə, XX əsrin ortalarından başlayaraq ermənilər sayca Dağlıq Qarabağda üstünlük təşkil etməyə başladılar. 1990-cı ildə əhalisi 192,000-ə çatmışdı. Əhali tərkibi ermənilərdən (76%), azərbaycanlılar*dan (23%), kürdlər*dən, ruslardan ibarət idi. Mərkəzi Xankəndi, başqa böyük şəhəri isə Şuşadır.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan Kitabi-Dədə Qorqud dastanı da sübut edir. "Dədə Qorqud" dastanı VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları Göyçə gölü hövzəsində yayılmışdı.

1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza – Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi.1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov məhz buna görə yazırdı ki (1911), Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46 %-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə – Y.M., K.Ş.) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədi ilə edilirdi və strateji niyyət daşıyırdı.

Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.