Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
8 İyun , 2016
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.

Filmdə Kəlbəcər rayonundan olan şəxs Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşür. O, həbsxanada ikən doğma yurdu işğal olunur. Azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün yollar axtarır.

Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırırlar.

Erməni işğalında olan Qarabağ haqqında həqiqətləri ekrana gətirməyi qarşısına məqsəd qoyan yaradıcı heyət çəkilişləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə gerçəkləşdirəcək. Həbsxana çəkilişlərinin bir hissəsi real məkanda, digər hissəsi isə pavilyonda aparılacaq.

Filmin bu ilin sonunda təhvil verilməsi planlaşdırılır.