Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
10 İyun , 2016
İyunun 14-də Azərbaycanın görkəmli kinorejissoru, əməkdar incəsənət xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, mədəniyyət, incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Həbib İsmayılovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrdən söz açılacaq. Onun rejissoru olduğu “Böyük dayaq”, “Cəfər Cabbarlı”, “Ögey ana” və digər kinofilmlərdən fraqmentlər göstəriləcək.