Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
21 İyun , 2016
İyunun 21-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Əfşan Əsədovanın “Yasəmən” adlı ilk fərdi rəsm sərgisi açılacaq.

Gənc rəssam bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə nümayiş olunan əsərlər batika, qrafika və moda janrında olacaq. Həm janr müxtəlifliyi, həm də işlənmə texnikası ilə maraq doğuran sənət əsərləri zəngin dünyagörüşün və gərgin əməyin bəhrəsidir.

Sərgidə fırça ustasının 40-dək sənət əsəri nümayiş olunacaq. Bundan əlavə, emosional hisslərin rənglərlə ifadəsi və fəlsəfi yanaşma sənət əsərlərinin əsas mövzularındandır.

Sərgi iki gün davam edəcək.