Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
30 İyun , 2016
Noyabrın 7-8-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək.

Bu barədə məlumat Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının (IFTR) saytında yer alıb.

Beynəlxalq teatr konfransının əsas məqsədi dünyanın hər yerindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır. Builki konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Konfransın işçi dilləri ingilis, rus və Azərbaycan dilləridir. Noyabrın 6-da və 9-da isə beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər keçiriləcək.